2016-cı ildən bəri fəaliyyət göstərən “Əjdaha Dönər” dönər məhsullarını yeni standartda və müasir trendlərə uyğun şəkildə müştərilərə təqdim edən yerli “fast food” şəbəkəsidir. Hal-hazırda ümumi sayı 9 olmaqla Bakı şəhərində müxtəlif satış nöqtələrində fəaliyyət göstərən “Əjdaha Dönər” müxtəlif miqyaslı tədbirlərdə 3 ədəd mobil satış nöqtəsi ilə də təmsil olunur.
"Əjdaha Dönər"-in məqsədi müştərilərin əyləncə və ləzzəti eyni bir nöqtədə tapa biləcəyi yerli brendə çevrilməklə regionun ən keyfiyyətli və sürətli çatdırılma xidmətini təqdim etməkdir.
“Əjdaha Dönər"-də müştərilər üçün hazırlanan təamlar məxsusi “Əjdaha Dönər” reseptlərinə uyğun olaraq hazırlanır. Menyuda təqdim edilən təamlar üçün xüsusi lavaş və çörək növləri, "halal" standartlarına müvafiq kəsilmiş mal və toyuq ətləri və Əjdahaya məxsus xüsusi souslar istifadə edilir. Məhsulların hazırlanmasında istifadə edilən inqrediyentlər yalnız xüsusi seçim prosedurundan keçirilərək müştərilərə təqdim olunur. Xüsusi dönərlərlə yanaşı, “Əjdaha Dönər” müştərilərinə salat, şorba və qəlyanaltı çeşidlərini də təklif edir.
“Minimalizm” və “fast-casual” üslublarını özündə birləşdiriən restoran filiallarımız müştərilər üçün azad və rahat mühit yaradır.